...

Pəncşir vilayəti uğrunda gedən döyüşlərdə "Taliban"ın xeyli sayda üzvü öldürülüb

Dünya xəbərləri Materials 1 Sentyabr 2021 23:36 (UTC +04:00)
Pəncşir vilayəti uğrunda gedən döyüşlərdə "Taliban"ın xeyli sayda üzvü öldürülüb

Bakı. Trend:

Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Qüvvələri "Taliban" hərəkatının bölgədəki altı forpostun ələ keçirilməsi iddialarını təkzib edib.

Trend-in məlumatına görə, bu barədə bölgədəki mənbələrdən xəbər verilib.

Məlumatda qeyd olunub ki, "Taliban" həqiqətən dünən axşamdan bəri Pəncşirə daxil olmağa çalışır, amma cəhdləri uğursuz olur:

"Heç bir forpost onlar tərəfindən ələ keçirilməyib. Onlar böyük itkilər verir və geri çəkilməyə məcbur olurlar".

Onun sözlərinə görə, 300-dən çox "Taliban" döyüşçüsü öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti