...

Qazaxıstanda koronavirusa daha 3 897 nəfər yoluxub

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 07:16 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 3 897 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 897 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 816 896 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 851 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 4 982 nəfər, hazırkı dövrədək isə 721 627 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti