...

Türkiyədə "mu" ştammına yoluxmalar aşkar edildi

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 12:56 (UTC +04:00)
Türkiyədə "mu" ştammına yoluxmalar aşkar edildi

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə koronavirusa yoluxanlar arasında iki nəfərdə "mu" ştammı aşkar edilib.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O xəstələr arasında əsasən "delta" və "delta plus" ştammlarının qeydə alındığını bildirib.

Nazir əlavə edib ki, ölkədə vaksinasiya səviyyəsi artdıqca, kollektiv immunitet yaranacaq və yoluxma sayı azalmağa doğru gedəcək: "Hazırda dünya ölkələri arasında ən çox peyvənd olunan 8-ci ölkəyik, Avropada isə Almaniyadan sonra ikinci yerdəyik".

\

Məqalədə:
Xəbər lenti

Xəbər lenti