...

Türkiyədə sərnişin qatarları toqquşub (FOTO)

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 11:37 (UTC +04:00)
Türkiyədə sərnişin qatarları toqquşub (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin şimal-qərbindəki Tuzla qəsəbəsində qatar qəzası olub.

Trend-in məlumatına görə, Adapazarı-Pendik marşrutu ilə hərəkət edən sərnişin qatarı stansiyada dayanmış sürət qatarı ilə toqquşub.

Qeyd olunur ki, maşinistin qatarı vaxtında dayandıra bilməsi sayəsində toqquşma ciddi olmayıb. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Dəmir yolunda qatarların hərəkəti məhdudlaşdırılıb. Qəzanın fəsadlarının qısa müddət ərzində aradan qaldırılacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti