...

Yaponiyada gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 12:43 (UTC +04:00)
Yaponiyada gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

Yaponiyanın Sasebo şəhəri sahillərində quru yük daşıyan gəmi ilə kiçik gəminin toqquşması nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində gəmi aşıb. Xilasedicilər ekipajın üç üzvündən birini sahilə çıxarıblar, o, xəsarətlər alıb.

Toqquşma yerində itkin düşmüş şəxsin axtarışı aparılır, hadisənin səbəbləri aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti