...

Çin Əfqanıstana 3 milyon doza COVID-19 peyvəndi göndərəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 21:33 (UTC +04:00)
Çin Əfqanıstana 3 milyon doza COVID-19 peyvəndi göndərəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon doza COVID-19 peyvəndi göndərəcək.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Əfqanıstana yardım üzrə nazirlər toplantısında Çin Xalq Respublikasının Cenevrədəki BMT ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Çen Süy bildirib.

Daimi nümayəndə qeyd edib: "Çin tərəfi Əfqanıstanı ən qısa zamanda 200 milyon yuan dəyərində ərzaq, tibbi ləvazimatlar, peyvəndlər və ən zəruri ehtiyaclarla təmin etmək qərarına gəlib. Əfqanıstan tərəfinə ilk 3 milyon COVID-19 peyvəndini də göndərəcəyik. Və tezliklə Əfqanıstana əlavə yardım çatdıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti