...

İstanbulda iki yük gəmisi toqquşub

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 09:55 (UTC +04:00)
İstanbulda iki yük gəmisi toqquşub

Bakı. Orxan Nəbiyev - Trend:

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Trend-in məlumatına görə, hadisə İstanbulun Yeniköy yaxınlığında baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə bir neçə xilasetmə və buksir qayıqları göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti