...

"Apple" və "Tesla" şirkətlərinin bəzi tədarükçüləri Çində istehsalatı dayandırıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2021 17:59 (UTC +04:00)
"Apple" və "Tesla" şirkətlərinin bəzi tədarükçüləri Çində istehsalatı dayandırıb

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Apple" və "Tesla" şirkətlərinin bəzi tədarükçüləri Çində istehsalatı dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

Qeyd olunur ki, həmin şirkətlər üçün qurğular istehsal edən "Unimicron Technology" şirkəti sentyabrın 26-30-dək istehsal prosesini dayandırıb.

Bundan başqa, "Concraft Holding" və "Eson Precision" şirkətlərinin bu həftənin sonunadək istehsal prosesi dayandırılıb.

Məlumatlara əsasən, istehsalatın dayandırılması Çin hökumətinin elektrik enerjisi istehlakının azaldılması tələbi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti