...

Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 18:04 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Tunceli vilayətində antiterror əməliyyatı zamanı bir hərbçi həlak olub.

Trend-in məlumatına görə, Ovacık bölgəsində keçirilən əməliyyat zamanı yaralanan hərbçi xəstəxanaya yerləşdirilsə də həyatını itirib.

Qeyd olunur ki, hərbçinin ölümündən sonra davam edən əməliyyat zamanı jandarm qüvvələri axtarış siyahısında olan terrorçunu zərərsizləşdirib.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti