...

Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 16:04 (UTC +04:00)
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib

Bakı. Trend:

Özbəkistanda keçirilən prezident seçkilərində yüksək seçici aktivliyi muşahidə olunur. Yerli vaxtla 13:00-dək artıq seçicilərin 50 % səs verib.

Trend-in məlumatına görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat mərkəzinin rəhbəri Jaloliddin Usmanov deyib.

Onun sözlərinə görə, qeyd edilən vaxta qədər artıq 10 462 575 nəfər səs verib, bu da ümümi seçici sayının 52,7 % təşkil edir.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçki prosesi 20:00-dək davam edəcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri izləmək üçün 960 çox müşahidəçi akkreditasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti