...

Ekvadorda həbsxanada baş verən toqquşmalar zamanı 58 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Noyabr 2021 21:48 (UTC +04:00)
Ekvadorda həbsxanada baş verən toqquşmalar zamanı 58 nəfər ölüb

Bakı. Trend:

Ekvadorun Quyakil şəhərində yerləşən həbsxanada məhbuslar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Quayas əyalətinin qubernatoru abli Arosemena bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb: "Hazırda əlimizdə olan məlumatlara görə, 58 məhbus ölüb, 12 məhbus isə yaralanıb və onlara tibbi yardım göstərilir".

Qeyd edək ki, sözügedən həbsxanada toqquşmalar ötən gün axşam saatlarında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti