Bakı. Trend:
Kanada Silahlı Qüvvələrinin Vankuver adasındakı (Britaniya Kolumbiyası əyaləti) "Komoks" hərbi bazasında partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı xəbər verib.
İlkin məlumata əsasən, partlayış təmirdə olan kazarma binasında qaz sızması nəticəsində olub. Binanın bir hissəsi çöküb.
Bildirilir ki, partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.