...

İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb

Dünya xəbərləri Materials 29 Noyabr 2021 18:50 (UTC +04:00)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb

Bakı. Trend:

İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.

3 yaralının vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti