...

New Shepard raketi göyərtəsində turistlərlə birlikdə suborbital uçuşa çıxacaq

Dünya xəbərləri Materials 11 Dekabr 2021 04:32 (UTC +04:00)
New Shepard raketi göyərtəsində turistlərlə birlikdə suborbital uçuşa çıxacaq

Bakı. Trend:

Amerikanın New Shepard raketi şənbə günü göyərtəsində altı turistlə suborbital kommersiya uçuşu həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə məlumatı raketin istehsalçıcı və operatoru Blue Origin aerokosmik şirkəti yayıb.

NS-19 missiyası çərçivəsində təkrar istifadə edilə bilən New Shepard raketinin buraxılışının ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 09:45-də Texas ştatının qərbində Van Horn şəhəri yaxınlığındakı Corn Ranch meydançasından həyata keçirilməsi planlaşdırılır.

Heyətə şirkət tərəfindən kosmosa uçan ilk amerikalı Alan Şepardın böyük qızı Laura Şepard Çarçli dəvət olunub. Uçuş 11 dəqiqə davam edəcək.

Kosmik turistlər üçün New Shepard kosmik gəmisində uçuşun qiyməti hazırda 500 min dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti