...

ABŞ prezidenti ölkənin dövlət borcunun həddini artırıb

Dünya xəbərləri Materials 17 Dekabr 2021 06:28 (UTC +04:00)
ABŞ prezidenti ölkənin dövlət borcunun həddini artırıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden dövlət borcunun həddini 2,5 trilyon dollar artıraraq 31,4 trilyon dollara çatdıran qanunu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "CNBC" televiziya kanalı xəbər verib.

Borc limitinin artırılmasının ABŞ hökumətinin 2023-cü ilə qədər öhdəliklərini yerinə yetirməsinə imkan verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti