...

Mangistau və Almatıda komendant saatı tətbiq edilib

Dünya xəbərləri Materials 5 Yanvar 2022 02:00 (UTC +04:00)
Mangistau və Almatıda komendant saatı tətbiq edilib

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətin və Almatı şəhərində komendant saatı tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə döclət başçısının fərmanında deyilir.

Məlumata əsasən, komendant saatı yerli vaxtla saat 23:00-dan səhər saat 07:00-dək tətbiq edilir.

Bildirilir ki, Mangistau vilayəti və Almatı şəhərinə giriş və çıxış bağlanır. Mangistau vilayəti və Almatı şəhərində dinc toplantılar və kütləvi tədbirlər qadağan edilir.

Həmçinin müvəqqəti olaraq fiziki şəxlərdən silah və sursatlar müsadirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti