...

Çində baş vermiş partlayış nəticəsində üç nəfər ölüb

Dünya xəbərləri Materials 7 Yanvar 2022 16:06 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənub-qərbindəki Çuntsin şəhərində bələdiyyənin yeməkxanasında baş vermiş güclü partlayış nəticəsində azı 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

İndiyədək dağıntılar altından 13 nəfərin çıxarıldığı deyilir. Onlardan üç nəfəri həyatını itirib.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir. Qalan 7 nəfərin axtarışları aparılır.

Qeyd edək ki, partlayışın qaz sızması nəticəsində baş verməsi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti