...

Qazaxıstanda iğtişaşçıların biznesə vurduğu ziyan hesablanıb

Dünya xəbərləri Materials 8 Yanvar 2022 08:32 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın Milli Sahibkarlar Palatası iğtişaşçıların biznesə vurduğu ziyanı hesablayıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ümumi məbləğ təxminən 88,1 milyard tengeni keçib (yalnız Almatıda - 86,8 milyard tenge).

Məlumata əsasən, bu rəqəmlər yanvarın 8-i saat 09:00 üçün aktualdır.

Bildirilir ki, çağrı mərkəzinə 1622 müraciət daxil olub ki, onlardan 937-si talama, 23-ü fors-major, 2-si nəzarət-buraxılış məntəqəsi, 650-si isə fiziki şəxslərin müraciətləri ilə bağlıdır.

Ölkənin 10 regionunda 1091 obyektdə yerləşən 920-yə yaxın, o cümlədən Almatı üzrə 1027 obyektdə yerləşən 856 zərər dəymiş sahibkarlıq subyekti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti