...

Rusiyada altı aylıq körpə "omikron"a yoluxub

Dünya xəbərləri Materials 11 Yanvar 2022 18:47 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Rostov şəhərində mütəxəssislər altı aylıq körpədə və onun anasında koronavirusun "omikron" ştammını aşkar ediblər.

Trend-in məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) regional idarəsinin rəhbəri Yevgeni Kovalyov deyib.

O bildirib ki, bu, şəhər ərazisində "gətirilmə" olmayan ilk yoluxma faktları olub.

Bundan əvvəl Rostov şəhərində qeydə alınan yoluxma halları xaricdən gəlmiş şəxslərdə tapılmışdı.

O əlavə edib ki, hazırda Rostov vilayətində koronavirusa yoluxanların 1 faizində "omikron" müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti