...

ÜST koronavirusun müalicəsi üçün iki yeni dərman tövsiyə edib

Dünya xəbərləri 14 Yanvar 2022 12:25 (UTC +04:00)
ÜST koronavirusun müalicəsi üçün iki yeni dərman tövsiyə edib

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 xəstələrinin müalicəsi üçün iki yeni preparatı tövsiyə ediblər.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün bəyanatında bildirilir.

"Eli Lilly and Company" şirkətinin istehsalı olan barisitinib və "GlaxoSmithKline Xevudy"nin məhsulu olan sotrovimab ÜST ekspertləri tərəfindən səmərəli hesab olunub.

Revmatoid artrit üçün də istifadə olunan barisitinib preparatının kortikosteroidlərlə birgə xəstəliyin ağır formalarında qəbul olunması tövsiyə olunur.

Sotrovimab preparatının isə xəstəliyin yüngül keçən formalarında qəbulu məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti