...

ABŞ-da sinaqoqda girov götürən şəxsin Britaniya vətəndaşı olduğu məlum olub

Dünya xəbərləri 17 Yanvar 2022 04:48 (UTC +04:00)
ABŞ-da sinaqoqda girov götürən şəxsin Britaniya vətəndaşı olduğu məlum olub

Bakı. Trend:

Yanvarın 15-də ABŞ-ın Texas ştatının sinaqoqunda girov götürən şəxs Böyük Britaniya vətəndaşıdır.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı FTB-nin açıqlamasına istinadən bildirib.

Bildirilib ki, girov götürən şəxsin adı Malik Feysal Əkrəmdir, onun 44 yaşı var.

Qeyd edək ki, Texasın Kollivill şəhərində bir nəfər yerli sinaqoqda üç kilsə üzvü və bir ravvini girov götürüb. Girovlar azad edilib, onlardan heç biri xəsarət almayıb. Hücum zamanı həmin şəxs zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti