...

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri 23 Yanvar 2022 01:05
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Balıkesir vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanların episentri Dursunbəy ərazisində olub. Zəlzələnin ocağı 11,49 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İstanbul, Bursa və Çanaqqala vilayətlərində də hiss olunub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti