...

Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib

Dünya xəbərləri 24 Yanvar 2022 05:28
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Şərqi Avropa və Baltikyanı ölkələrə 5000-ə qədər hərbçi, gəmi və təyyarə göndərə bilər.

Trend xəbər verir ki, bu barədə The New York Times nəşri müdafiə qurumunda məlumatlı mənbəyə istinadən yazır.

Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden Baltikyanı ölkələrə və Şərqi Avropaya bir neçə min ABŞ əsgəri, eləcə də döyüş gəmiləri və təyyarələri yerləşdirmək imkanını nəzərdən keçirir.

Vurğulanır ki, Kemp Deviddə (ABŞ prezidentinin Merilenddəki iqamətgahı) görüşdə yüksək rütbəli Pentaqon rəsmiləri Baydenə Şərqi Avropa ölkələrinə 1000-dən 5000-ə qədər əsgər göndərilməsini, "vəziyyət pisləşərsə" bu sayın 10 dəfə artırılmasını nəzərdə tutan bir neçə variant təqdim edib.

ABŞ prezidentinin müvafiq qərarı bu həftə verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti