...

Haitidə baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb

Dünya xəbərləri 25 Yanvar 2022 06:42 (UTC +04:00)
Haitidə baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb

Bakı. Trend:

Yanvarın 24-də səhər saatlarında Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə yerli "Juno-7" portalı xilasedicələrə istinadən bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər həlak olub. Təbii fəlakət nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib. 800-dən çox ailə evsiz qalıb.

Qeyd edək ki, 5,3 bal gücündə zəlzələ Haitinin cənubunda Anse-a-Vo kommunasından 3 km aralıda baş verib, yeraltı təkanların episentri 10 km dərinlikdə olub. Daha sonra Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km aralıda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti