...

KXDR ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib

Dünya xəbərləri Materials 31 Yanvar 2022 05:24 (UTC +04:00)
KXDR ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) ötən gün orta mənzilli "Hwasong-12" ballistik raketinin sınaqdan keçirilməsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "NK News" internet-portalı xəbər verib.

Məlumata əsasən, raketin sınaqdan keçirilməsi bütün silah sisteminin fəaliyyətinin ümumi dəqiqliyini yoxlamaq məqsədi daşıyıb.

Qeyd edilir ki, KXDR-nin lideri Kim Çen In raketin sınaqdan keçirilməsində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti