...

BMT Putin və Makron arasında danışıqları alqışlayıb

Dünya xəbərləri Materials 8 Fevral 2022 03:15 (UTC +04:00)

Bakı. Trend:

BMT Ukrayna ilə bağlı gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında danışıqları alqışlayır.

Trend-in məlumatına görə, bunu BMT-nin baş katibinin nümayəndəsinin müavini Farhan Haq deyib.

"Ukrayna ilə bağlı əvvəlki təmaslarda olduğu kimi, BMT dialoqu asanlaşdıran istənilən səyləri alqışlayır", - deyə F.Haq bildirib.

Qeyd edək ki, fevralın 7-si Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında 5 saatdan artıq davam edən görüş keçirilib. Tərəflər bir sıra regional məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti