Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada koronavirusa yeni yoluxanların 60 faizdən çoxu "omikron" ştammı daşıyıcılarıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova brifinq zamanı deyib.
O qeyd edib ki, 1 yaşa qədər uşaqlar arasında da yoluxma halları artır.
"Hazırda "omikron" yoluxma hallarının 60 faizdən çoxunu, delta ştammı 35 faizini təşkil edir", - deyə o bildirib.
Qeyd edək ki, Rusiyada bu günədək koronavirusa yoluxanların sayı 13 milyon, ölənlərin sayı 336 min nəfəri ötüb.