Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 272 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 448 347 nəfər test edilib, 86 193 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 73 526 nəfər sağalıb.