Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada son sutka ərzində 180 622 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, ölkədə yoluxma sayı ötən günlə müqayisədə artıb.
Əvvəlki gün 179 284 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 14,84 milyonu ötüb.
Eyni zamanda, son sutkada 790 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 748 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 343 173 nəfərə çatıb.