...

Yunanıstan sahillərində kruiz layneri yanıb

Dünya xəbərləri Materials 18 Fevral 2022 10:29 (UTC +04:00)
Yunanıstan sahillərində kruiz layneri yanıb

Bakı. Orxan Nəbiyev - Trend:

İon dənizində, Yunanıstanın Korfu adası yaxınlığında içərisində 237 sərnişinin olduğu kruiz laynerində yanğın baş verib.

Trend-in məlumatına görə. bu barədə Yunanıstanın liman polisi bildirib.

Qeyd olunur ki, gəmi İtaliya bayrağı altında üzür. Gəmidə, həmçinin 51 heyət üzvü olub.

Məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bütün sərnişinlər və heyət üzvləri xilasedici qayıqlara təxliyə olunub.

Hazırdan yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti