...

ATƏT Ukraynanın şərqindəki vəziyyətdən dərin narahatlığını ifadə edib

Dünya xəbərləri Materials 19 Fevral 2022 04:35 (UTC +04:00)
ATƏT Ukraynanın şərqindəki vəziyyətdən dərin narahatlığını ifadə edib

Bakı. Trend:

ATƏT Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib və gərginliyi azaltmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Mariya Şmidin birgə bəyanatında deyilir.

"Biz Ukraynanın şərqində silahlı zorakılıqların əhəmiyyətli dərəcədə artması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz güc tətbiqindən çəkinməyin, deeskalasiyanın zəruriliyini bir daha bəyan edirik. Təmkin, dialoq və məsuliyyət hər şeydən üstündür", - deyə bəyanatda deyilir.

Bəyanatda deyilir ki, Rau və Şmid Ukraynanın şərqindəki vəziyyətlə bağlı düşmənçilik ritorikasına son qoymağa çağırıblar, çünki bu, sülhü təşviq etmək səylərinə xələl gətirir və eskalasiya təhlükəsi yaradır.

"Bizim eşitdiyimiz artan düşmənçilik və təhrikedici ritorika sülh, sabitlik və təhlükəsizliyin təşviq edilməsi üzrə səyləri sarsıdır və gələcək qarşıdurma və eskalasiya risklərini artırır. Buna son qoyulmalıdır", - deyə bəyanatda bildirilir.

ATƏT Ukrayna hökumət qüvvələrinin hərbi əməliyyatlar hazırlaması ilə bağlı xəbərləri dezinformasiya adlandırıb: "Biz Ukrayna hökumət qüvvələrinin hazırlanan hərbi əməliyyatları ilə bağlı dezinformasiyanın yayılmasından təəssüflənirik. Bu, münaqişə zonasında mülki əhaliyə kritik təsir göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti