...

Rusiyada qırxdan çox balıqçının olduğu buzlaq sahildən qopub

Dünya xəbərləri Materials 21 Fevral 2022 15:31 (UTC +04:00)
Rusiyada qırxdan çox balıqçının olduğu buzlaq sahildən qopub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Xabarovsk diyarında üzərində balıqçıların olduğu iri buzlaq sahəsi sahildən qopub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.

Qeyd olunur ki, buzlağın üzərində 46 balıqçı və 24 avtomobil var. Hadisə yerinə xilasedici dəstə göndərilib.

Məlumatlara əsasən, axın buzlağı avtomobil yolunun olmadığı digər sahilə aparıb. Hadisə yerində təxliyə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti