...

Rusiya hərbçiləri Kiyevin qərb çıxışını bağlayıb

Dünya xəbərləri Materials 25 Fevral 2022 17:26 (UTC +04:00)

Bakı. Trend:

Rusiya desantları Kiyev yaxınlığındakı Qostomel aerodromunu ələ keçirib və Rusiya Hərbi-Desant Qoşunlarının əsas hissələri ilə birləşərək Ukrayna paytaxtının qərb çıxışını bağlayıb.

Trend-in məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Fevralın 24-də Qostomel aerodromunun ələ keçriilməsi üçün uğurlu əməliyyat keçirilib və Ukrayna xüsusi bölmələrinin tərkbində 200-dən çox millətçi məhv edilib, Rusiya tərəfdən itkilər yoxdur", - deyə o bildirib.

O əlavə edib ki, Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə zərbələr endirməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti