...

Aİ Ukrayna və Avropanın enerji sistemlərinin fövqəladə sinxronizasiyasını müzakirə edəcək

Dünya xəbərləri Materials 28 Fevral 2022 19:09 (UTC +04:00)
Aİ Ukrayna və Avropanın enerji sistemlərinin fövqəladə sinxronizasiyasını müzakirə edəcək

Bakı. Trend:

Aİ-nin energetika nazirləri Ukrayna enerji sisteminin Avropa enerji sistemi ilə fövqəladə sinxronizasiya imkanlarını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

"Bu gün bizim energetika nazirlərinin həlledici iclası olacaq. Gündəliyin ən mühüm bəndi Ukraynaya dəstəyimizdir. Bu perspektivdə enerji nazirlərindən Ukrayna enerji sisteminin Avropa enerji sistemi ilə fövqəladə sinxronizasiyasını tezliklə dəstəkləyəcəklərini gözləyirəm. İnanıram ki, bu, indiki şəraitdə yeganə fürsətdir. Biz Avropaya tədarükün təhlükəsizliyini də müzakirə edəcəyik”, - Simson bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti