Bakı. Trend:
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 130 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 365 005 nəfər test edilib, 37 407 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 69 294 nəfər sağalıb.