...

Daha bir məşhur şirkət Rusiyada fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 9 Mart 2022 12:30 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın "Mothercare" şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Hamilə qadınlar və körpə uşaqlar üçün məhsulların satışı ilə məşğul olan şirkət ölkə ərazisində bütün fəaliyyətini, o cümlədən məhsul tədarükünü müvəqqəti dayandırır. Bu qərar "Mothercare"in Rusiyadakı 120 mağazasını əhatə edəcək.

Xatırladaq ki, ötən gün "McDonald's", "Pepsi" və "Coca-Cola" şirkətləri Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti