...

Avstraliyada omikron ştammının yeni növündən ilk ölüm faktları qeydə alınıb

Dünya xəbərləri Materials 14 Mart 2022 10:36 (UTC +04:00)
Avstraliyada omikron ştammının yeni növündən ilk ölüm faktları qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyada koronavirusun omikron ştammının yeni, BA.2 alt növünə yoluxma ilə əlaqədar ilk ölüm faktları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri Bred Hazzard deyib.

O bildirib ki, ölkə ərazisində növbəti 4-6 həftə ərzində yoluxma sayının iki dəfəyədək artması gözlənilir:

Nazirin sözlərinə görə, omikronun yeni növü ilə əlaqədar ölkənin üç regionunda beş nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, omikron ştammının BA.2 alt növü ilk dəfə yanvar ayında Danimarkada, fevralın əvvəlində Afrika ölkələrində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti