Bakı. Trend:
Şimali Koreya naməlum mərmi buraxıb, lakin görünür ki, buraxılış uğursuz oldu.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya ordusu bildirib.
"Qiymətləndirməmizə görə, mərminin buraxılması, görünür, uğursuz oldu, çünki o sürətlənmənin erkən mərhələsində müəyyən bir hündürlüyə çata bilməyib", - deyə Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi qeyd edib.
O, mərminin düşdüyünü və ya havada partladığını dəqiqləşdirməyib və qeyd edib ki, “ətraflı analiz lazımdır”.