...

Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək

Dünya xəbərləri Materials 21 Mart 2022 15:30 (UTC +04:00)
Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək

Bakı. Trend:

Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək.

Trend xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

Vitali Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini vurğulayıb.

"Ona görə də hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar. Yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər ətrafında hərəkət edə biləcək",- deyə V. Kliçko əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti