...

“China Eastern Airlines” şirkətinin qəzaya uğrayan təyyarəsinin ikinci qara qutusu tapılıb

Dünya xəbərləri Materials 27 Mart 2022 12:37 (UTC +04:00)

Bakı. Trend:

“China Eastern Airlines” şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin ikinci qara qutusu tapılıb.

Trend xəbər verir ki, bu barədə axtarış işləri aparan heyət üzvləri mətbuat konfransında açıqlama veriblər.

Bildirilib ki, təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik ərazi olduğundan axtarış işləri çox çətinliklə aparılıb. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər, 100-dən çox texnika, polis və hərbçilər cəlb olunub.

Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə olunub. Hələlik sərnişin və heyət üzvlərindən heç kim tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti