...

Cessika Çesteyn "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a layiq görülüb

Dünya xəbərləri Materials 28 Mart 2022 08:03 (UTC +04:00)
Cessika Çesteyn "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a layiq görülüb

Bakı. Trend:

Amerikalı aktrisa Cessika Çesteyn "Temmi Feyin gözləri" filminə görə ən yaxşı aktrisa nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Trend xəbər verir ki, film televiziya ulduzu Temi Fey Bekerin real həyat hekayəsindən bəhs edir. Bu film daha əvvəl aktrisaya ABŞ aktyorları Gildiyasının Mükafatını qazandırmışdır.

Bu Cessika Çesteynin üçüncü "Oskar" nominasiyasıdır. Daha əvvəl o, "Qulluqçu" və "Bir nömrəli hədəf" filmlərindəki rollarına görə adıçəkilən mükafata namizəd olmuşdur. İkinci film aktrisaya Qızıl Qlobus qazandırmışdır.

Ən yaxşı aktrisa nominasiyasında "Oskar" uğrunda həmçinin Oliviya Kolman, Nikol Kidman, Kristin Stüart və Penelopa Kruz mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti