...

Ən yaxşı film nominasiyasında "Oskar" mükafatının qalibi açıqlanıb

Dünya xəbərləri Materials 28 Mart 2022 08:17 (UTC +04:00)
Ən yaxşı film nominasiyasında "Oskar" mükafatının qalibi açıqlanıb

Bakı. Trend:

Rejissor Şan Heyderin "CODA" filmi "Ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.

Trend xəbər verir ki, komik drama janrında çəkilən filmdə ailədə yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızın talehindən bəhs edilir.

Eyni zamanda ən yaxşı film adı uğrunda Ceyn Kempionun "Köpəyin gücü", Markus Qrinin "Kral Riçard", Deni Vilnyovun "Dune", Pol Tomas Anderssonun "Lakrik pizza", Stiven Spilberqin "Vest Sayd hekayəsi", yaponiyalı rejissor Ryusuke Xamaqutinin "Avtomobilimin sükanı arxasına əyləş", Adam Makkeyin "Yuxarı baxmayın", Gilyermo Del Toronun "Dəhşət xiyabanı" və Kennet Brananın "Belfast" filmləri mübarizə aparırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti