Bakı. Trend:
Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan saxlanılıb.
Trend erməni KİV-lərə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Bildirilir ki, Piloyan martın 29-da Komitəyə çağırılaraq dindirilib. Hazırda onun hansı cinayət işi üzrə dindirildiyi barədə məlumat verilmir.