...

Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir - Ağ Ev

Dünya xəbərləri Materials 12 Aprel 2022 08:14 (UTC +04:00)
Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir - Ağ Ev

Bakı. Trend:

ABŞ öz maraqları üçün kritik önəm kəsb edən Pakistanla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

"Biz Pakistanla uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk, çiçəklənən və demokratik Pakistanı həmişə ABŞ-ın maraqları üçün kritik önəm kəsb edən ölkə hesab etmişik", - deyə C.Psaki bildirib.

Onun sözlərinə görə, Vaşinqton və İslamabad arasında "yeni liderlərin hakimiyyəti dövründə də davam edəcək uzunmüddətli və güclü əlaqələr" mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti