...

Türkiyə ordusu İraqın şimalında 30 terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 20 Aprel 2022 13:39 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqda keçirilən "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində ümumulikdə 30 terrorçu zərəsizləşdirib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O bildirib ki, bu gün səhər saatlarında 2 PKK terrorçusu məhv edilib.

Nazirin sözlərinə görə, bu müddət ərzində Türkiyənin iki hərbçisi həlak olub.

Xatırladaq ki, Türkiyə ordusu iki gün əvvəl İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid" əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti