...

Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Aprel 2022 08:22 (UTC +04:00)
Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Bakı. Trend:

Həftə sonu Yaponiyanın şimalında, Hokkaydo sahillərində KAZU 1 kruiz gəmisinin batması nəticəsində azı 14 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində ölənlərin sayının 11 olduğu bildirilirdi.

Xatırldaq ki, aprelin 23-ü KAZU 1 kruiz gəmisindən batma haqqında siqnal daxil olub. Hadisə zamanı gəminin göyərtəsində ikisi azyaşlı olmaqla 24 sərnişin, kapitan və onun köməkçisi olub. Axtarış əməliyyatına Sahil Mühafizəsi və Yaponiya Özünümüdafiə Qüvvələri cəlb olunub.

Bundan əlavə, baş verənlərlə bağlı hökumət başçısının aparatı yanında məlumatların toplanması və təhlili üçün böhran qərargahı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti