...

Böyük Britaniya ilə İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatı barədə saziş imzalanıb

Dünya xəbərləri Materials 11 May 2022 17:19 (UTC +04:00)
Böyük Britaniya ilə İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatı barədə saziş imzalanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ilə İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatı barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya baş naziri Boris Consonun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, sənədi B.Consonla İsveçin baş naziri Maqdalena Andersson imzalayıb.

Analoji sənədin bu gün Böyük Britaniiya ilə Finlandiya arasında da imzalanması nəzərdə tutulur. Bunun üçün B.Consonun bu gün Finlandiyaya yola düşəcəyi gözlənilir.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti