...

ABŞ hipersəs silahlarını izləmək üçün peyklər buraxacaq

Dünya xəbərləri Materials 12 May 2022 08:03 (UTC +04:00)
ABŞ hipersəs silahlarını izləmək üçün peyklər buraxacaq

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi hipersəs və ballistik raketləri izləmək üçün 2023-cü ilin martında orbitə iki prototip peyk buraxmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Pentaqonun Raketdən Müdafiə Agentliyinin direktoru, ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Con Hill deyib.

O, qeyd edib ki, peyklər kosmosda qarşılıqlı əlaqədə olacaq.

"Hər iki qurğu orbitə elə qaydada buraxılacaq ki, onların sayəsində ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının əməliyyat sahəsində sınaqları müşahidə etmək mümkün olsun. Gələcəkdə isə bütöv bir peyk şəbəkəsi yaratmaq mümkün olacaq", - vitse-admiral vurğulayıb.

O, əlavə edib ki, hazırda layihə üzərində rəqabət aparan üç özəl şirkət işləyir, onlardan yalnız biri və ya ikisi gələcək fəaliyyət üçün seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti