...

Şimali Koreyada 270 minədək yeni koronavirusa yoluxma halını qeydə alınıb

Dünya xəbərləri Materials 17 May 2022 03:28 (UTC +04:00)
Şimali Koreyada 270 minədək yeni koronavirusa yoluxma halını qeydə alınıb

Bakı. Trend:

Şimali Koreyanın Milli Fövqəladə Hallar İdarəsi son sutka ərzində ölkədə 269 min yeni koronavirusa yoluxma halının aşkarlandığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, daha altı vətəndaş infeksiya nəticəsində dünyasını dəyişib. Beləliklə, hazırda ölkədə ölənlərin ümumi sayı 56-dır.

Agentliyin məlumatına görə, aprelin sonundan mayın 16-dək ölkədə 1,48 milyon nəfərdə yoluxma faktı qeydə alınıb, onlardan 819 mini sağalıb, 663 mini hazırda müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti