...

Tacikistanda antiterror əməliyyatı: Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 18 May 2022 15:45 (UTC +04:00)
Tacikistanda antiterror əməliyyatı: Ölən və yaralananlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanın şərqindəki Dağlıq Bədəxşan muxtar vilayətində keçirilən antiterror əməliyyatında Milli Təhlükəsizlik Dövlət Komitəsinin bir zabiti həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) bildirib.

Qeyd olunur ki, əməliyyatın keçirildiyi Ruşan rayonunda təhlükəsizlik qüvvələrinin kolonuna hücum baş verib. Nəticədə bir nəfər həlak olub, 13 hərbçi isə yaralanıb.

Bölgədə əməliyyat davam etdirilir.

Qeyd edək ki, Tacikistan DİN bu gün səhər saatlarından etibarən Dağlıq Bədəxşan muxtar vilayətində mütəşəkkil cinayətkar dəstəyə qarşı antiterror əməliyyatı başladığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti